Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir
İqtisadiyyat 17 Dek 2017 15:58:38 291 0
İxrac əməliyyatlarının həcmi 2,7 dəfə artıb
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun "Azərbaycan" qəzetində çıxan məqaləsində qeyd olunub.
Nazirin sözlərinə görə, bunun nəticəsində müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb:
"Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi kooperasiya nəzərə alınmaqla 2,7 dəfə artıb".