Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı


Dünya 17 Dek 2017 15:48:00 260 0

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili tərəfdarlarının "İmpiçment marşı" aksiyası başlayıb.

Son.az report.az-a istinadən bildirir ki, "Ukraynskaya pravda" nəşrinin məlumatına görə, aksiyada 4-6 min nəfər iştirak edir.

Bildirilir ki, Saakaşvili Şevçenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək "Kreşsatikə qədər və qələbəyə doğru" hərəkət etməyə çağırıb.