Bakıda gənc şair ölümdən döndü Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi FOTO


Digərləri 17 Dek 2017 15:34:00 291 0

Bakıda gənc şair ölümdən döndü  Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi  FOTO

Gənc şair Rəşad Abidoğlu və xalasının ailəsi faciə ilə üzləşib.

Belə ki, evdə baş verən partlayış nəticəsində 3 nəfər ciddi xəsarət alıb.

Son.az bildirir ki, ciddi yanıq xəsarətləri səbəbindən xəstəxanada müalicə alan gənc şair pressclub.az-a hadisənin necə baş verdiyini nəql edib. Onun sözlərinə görə, bir neçə gün öncə Maştağa qəsəbəsinə, qohumugilə qonaq gedib.

Deyir ki, saaat təxminən 17:10 olardı, Röyal Qəhrəmanov adlı xalası oğlu ilə evdə oturublar: "Mən mobil telefonumla məşğul idim. Xalaoğlu isə televizora baxırdı. Xalam və yoldaşı isə həyətdə iş görürdü. Çox keçmədi ki, xalamın yoldaşı içəri girdi və evdən qaz iyisinin gəldiyini dedi. Biz hiss etmədiyimizi deyincə, düşündü ki, yəqin, yeni sızmağa başlayıb.


Xəbərə aid foto