"Manchester United" braziliyalı futbolçunu transfer siyahısına daxil edib
İdman 17 Dek 2017 15:10:00 276 0
"Bordeaux"nun yarımmüdafiəçisi Malkom "Manchester United"in maraq dairəsinə düşüb. Goal.az "The times" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo 20 yaşlı futbolçunu qış transferlərinin siyahısına daxil edib. "Manikunianlar" "Bayern Munich"in də maraqlandığı futbolçuya görə 26 milyon funt təklif etmək istəyir. Braziliyalı futbolçu universaldır. O, hücumun hər iki cinahında oynaya bilir.
Mənbə: goal.az