Əfsanəvi qapıçının heykəli qoyuldu
İdman 17 Dek 2017 14:52:00 288 0
Argentinanın "Velez Sarsfield" klubunun ev oyunlarının keçirdiyi stadionun yanında Paraqvayın əfsanəvi qapıçısı Xose Luis Çilavertin heykəli ucaldılıb. Goal.az xəbər verir ki, heykəlin açılışı dekabrın 6-da baş tutub 52 yaşlı Çilavert mərasimdə iştirak edib və nitq söyləyib. Bu təşəbbüs "Velez"in 400 azarkeşi tərəfindən irəli sürülüb.
Çilavert "Velez Sarsfield"də 10 ildən çox müddətdə (1991-2001) forma geyinib. O, komanda ilə Argentina çempionu, Libertadres kuboku və Klublararası dünya çempionatının qalibi olub.
Mənbə: goal.az