Filippində torpaq sürüşməsi nəticəsində ən azı 26 nəfər həlak olub


Dünya 17 Dek 2017 14:44:44 222 0

Filippində torpaq sürüşməsi nəticəsində ən azı 26 nəfər həlak olub

Təbii fəlakət "Kay Tak" tropik qasırğası nəticəsində baş verib

Filippinin mərkəzi hissəsində torpaq sürüşməsi nəticəsində ən azı 26 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP məlumat yayıb.

Təbii fəlakət Filippin arxipelaqına yaxınlaşmaqda olan "Kay Tak" tropik qasırğası nəticəsində baş verib.