Sabah hava buludlu, çiskinli olacaq


Digərləri 17 Dek 2017 14:38:41 210 0

Sabah hava buludlu, çiskinli olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-' verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-13° isti olacağı ehtimalı var.