Əkrəm Əylisli: "Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm"


Digərləri 17 Dek 2017 13:34:00 300 0

Əkrəm Əylisli: "Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm"

Yazıçı Əkrəm Əylisli uzun müddətdir ki, mətbuatın suallarından qaçır. Bu yaxınlarda 80 illik yubileyini də səssiz keçirən yazıçı nədənsə danışmaq istəmir.

Son.az bildirir k, bir neçə gün bundan qabaq modern.az-ın əməkdaşı Əkrəm Əylisli ilə əlaqə saxlamağa çalışıb. Xəstə olduğunu desə də, hansı xəstəlikdən əziyyət çəkməsi barədə suala fərqli tərzdə cavab verib.

"Bir müddətdir ki, xəstəyəm. Xəstəlik barədə danışsam, mətbuat məni xalq artisti Rasim Balayevin gününə qoyacaq. Bu formada gündəmə gəlmək istəmirəm. Ən yaxşısı, telefonları söndürməkdir".