"Barcelona"nın prezidenti Qrizmannın ailəsi ilə görüşüb


İdman 17 Dek 2017 13:32:00 295 0

"Barcelona"nın prezidenti Qrizmannın ailəsi ilə görüşüb

"Barcelona" Antuan Qrizmannı transfer etmək üçün fəaliyyətini davam etdirir. Goal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, katalon klubunun prezidenti Xosep Bartomeu futbolçunun ailəsi ilə şəxsən görüşüb. Görüş Barselona şəhərində yerləşən restoranların birində baş tutub. Bartomeu onun valideynləri və hazırda agenti kimi çalışan bacısı ilə söhbətləşib.

İdman mediası fransalı hücumçunun "Barcelona" ilə ilkin razılığa gəldiyini yazır. Transferin 100 milyon avroya reallaşması gözlənilir.