Yağış yağacaq


Digərləri 17 Dek 2017 13:08:00 366 0

Yağış yağacaq

Ölkə ərazisində dekabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

Səhər zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir.

Sabah Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.