Pakistanda 4 kamikadze kilsəyə hücum edib, 5 nəfər ölüb, 20-si yaralanıb - VİDEO


Dünya 17 Dek 2017 12:40:43 231 0

Pakistanda 4 kamikadze kilsəyə hücum edib, 5 nəfər ölüb, 20-si yaralanıb - VİDEO

Partlayış baş verən ərazidə atəş səsləri eşidilir

Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Geo TV və "Down" qəzetinin məlumatında bildirilir.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Bundan əlavə, partlayış baş verən ərazidə atəş səsləri eşidilir.

Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaz Buqti bildirib ki, terrorçulardan biri kilsə yanında zərərsizləşdirilib.