Fransalı yaxtaçı rekord 42 gün ərzində Yer kürəsini dövr edib


İqtisadiyyat 17 Dek 2017 11:57:22 281 0

Fransalı yaxtaçı rekord 42 gün ərzində Yer kürəsini dövr edib

Qabar səyahətini dekabrın 17-də Fransanın Uessan adasında başa vurub

Fransalı Fransua Qabar yaxta ilə 42 gün 16 saat 40 dəqiqə və 35 saniyəyə Yer kürəsinə dövrə vuraraq dünya rekorduna imza atıb.

“Report” xəbər verir ki, bu barədə "Franceinfo" nəşri məlumat yayıb.

Bildirilir ki, Qabar səyahətini dekabrın 17-də Fransanın Uessan adasında başa vurub.

Əvvəlki rekord Tomas Kovillə məxsusdur. O, su yolu vasitəsi ilə Yer kürəsini 49 gün 3 saat ərzində dövr edib.