Yüksək Liqada XI tura yekun vuruldu


İdman 17 Dek 2017 11:14:00 305 0

Yüksək Liqada XI tura yekun vuruldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib. Goal.az xəbər verir ki, cari mövsümdə ilk dəfə “Olimpik Star”da keçirilən qarşılaşmalar liderlərin qələbəsi ilə əlamətdar olub. Turnir cədvəlinin zirvəsində qərarlaşmış “Araz” “FK.İD.Futsal” üzərində böyükhesablı qələbə qazanıb.  İkinci pillənin “Marafon Futsal” da turu qələbə ilə başa vurub. Onlar "Yasamal"a qalib gəlib - 5:2. “Neftçi” isə “Xəmsə” ilə oyunda məğlubiyyətdən qaçaraq bərabərliyə nail olub.

 

Yüksək LiqaXI tur16 dekabr

“Neftçi” İK – “Xəmsə” – 2:2

Qollar: Davud Xolerdi, 21:43, Tural İsmayılov, 28:52 – Əli Həsənov, 15:30, Əli Əmirov, 17:53

Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Anar Fərəcov

Hakim-inspektor: Tofiq Şükürov

Olimpik Star

 

“FK.İD.Futsal” – “Araz” – 2:10

Qollar: Elvin Quliyev, 18:30, Elşən İbrahimxəlilov, 30:34 – Kardosa Everton, 7:04, Maykon Da Silva, 9:13, T. Thaqo, 13:03, 13:14, İsa Atayev, 15:56, Ramiz Çovdarov, 24:56, 25:50, Ramil Quliyev, 32:08, 36:36, Oqtay Rüstəmli 33:18

Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azad Hüseynov

Hakim-inspektor: Ağarza Rzayev

 

“Marafon Futsal” – “Yasamal” FK – 5:2

Qollar: Seymur Məmmədov, 3:51, Rüstəm Bağırzadə, 11:16, Hamed Khodaei, 12:56, Məcid Morovati, 26:20, Renat Sultanov, 34:17 – Vüsal Səfərov, 24:43, Mortoza Cahandost, 36 Saat 12:30

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Kənan Məlikov

Hakim-inspektorlar: Ələkbər Məmmədov