Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb


Sosial 17 Dek 2017 11:00:29 290 0

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb

O, şəxsi münasibətlər zəminində həmkəndlisinə xəsarət yetirdiyini etiraf edib

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından yerli sakin Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis şöbəsinə (ŞRPŞ) məlumat daxil olub.

ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.