Araz 90 dəqiqə oynadı, komandası qalib gəldi


İdman 17 Dek 2017 10:30:00 275 0

Araz 90 dəqiqə oynadı, komandası qalib gəldi

Kipr çempionatında 16-cı turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Anorthosis” səfərdə “Aris Limassol”la qarşılaşıb. Famaqusta klubu son 10 dəqiqədə vurduğu 2 qolla qalib gəlib. Araz start heyətdə meydana çıxıb və əvəzlənmədən oynayıb. Hazırda aktivində 36 xal olan "Anorthosis" turnir cədvəlinin lideridir.

Kipr çempionatı, 16-cı tur

16 dekabr

Aris Limassol - Anorthosis - 0:2

Joao Viktor 80, Andre Alves 90

Arazın komandası növbəti turda öz meydanında APOEL-lə qarşılaşacaq.