40 min insan Trampın Qüdslə bağlı qərarına qarşı etiraz aksiyası keçirir


Dünya 17 Dek 2017 10:06:00 289 0

40 min insan Trampın Qüdslə bağlı qərarına qarşı etiraz aksiyası keçirir

Bazar günü İndoneziyanın paytaxtı Cakartada azı 40 min insan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına etiraz əlaməti olaraq küçələrə çıxıb.

Son.az report.az-a istinadən bildirir ki, çoxminlik kütlə milli müstəqillik abidəsi önünə toplaşıb. Yerli polis nümayəndəsinin sözlərinə görə, vəziyyət sabit və təhlükəsizdir.