Saakaşvili binanın damına qalxmasının səbəbini açıqladı


Dünya 17 Dek 2017 09:08:00 345 0

Saakaşvili binanın damına qalxmasının səbəbini açıqladı

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili "Rustavi-2" telekanalına müsahibəsində saxlanılmasının təfərrüatlarını açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, saxlanıldığı gün ukraynalı polislər onun yaşadığı ünvana səhər saat 7.00-da gələrək 45 dəqiqə ərzində mənzilin qapısını qırmağa çalışıblar.   

Onun sözlərinə görə, polislər mobil rabitə əlaqəsini süni yolla bloklayıblar.  M.Saakaşvili qeyd edib ki, tərəfdarlarına zəng edib hadisə barədə məlumat vermək məqsədi ilə binanın damına qalxmağa qərar verib. O, dama çıxmaqla iki saat vaxt udduğunu  qeyd edib: "İnsanlar yuxudan oyandı, məlumatı əldə etdi və nəticədə binanın qarşısında xeyli sayda tərəfdar və KİV nümayəndələri toplaşdı".