Tərtərdə 1 ədəd əl qumbarası aşkar edilb FOTO


Digərləri 17 Dek 2017 08:42:00 329 0

Tərtərdə 1 ədəd əl qumbarası aşkar edilb  FOTO

Tərtərdə 1 ədəd əl qumbarası aşkar edilb. Bu barədə Son.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumata əsasən, 16 Dekabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qapanlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş qumbaranın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Xəbərə aid foto