Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb - Azalma var


Digərləri 17 Dek 2017 08:40:00 233 0

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb - Azalma var

Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 110-140, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edib. Tranzit çaylardakı son vəziyyətə gəlincə, dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 191 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edib. 2016-cı ildə isə bu göstərici 83 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.