Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər


Digərləri 17 Dek 2017 08:00:00 278 0

Azərbaycan və Polşa arasında birbaşa uçuşlar təşkil oluna bilər

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər

Bakı. Ənvər Məmmədov - Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: "Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın".