Kişilər xanımların işləməyinə necə baxır?


Digərləri 17 Dek 2017 05:30:00 292 0

Kişilər xanımların işləməyinə necə baxır?

“Olmaz”, “indiki dövrdə olmaz”, “müəyyən sahələrdə heç olmaz”...

"Olmaz", "indiki dövrdə olmaz", "müəyyən sahələrdə heç olmaz"... 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Təhsil almaq, sosiallaşmaq, inkişaf etmək - bu günün ən əsas tələbləridir. Hər insan da təhsil aldığı sahə üzrə çalışmaq istəyir. Xüsusilə də, xanımlar karyera qurmağa, iş həyatına atılmağa daha çox həvəs göstərirlər. Amma bəzən bu istəklər elə arzu olaraq qalır. Çünki ailə qurduqdan sonra bəzi kişilər xanımlarının işləməyinə razı olmur, onların sadəcə, məişət işləri ilə məşğul olmalarını münasib görürlər. Bu dəfə qarşı cinsdən xanımların işləməsinə münasibətlərini öyrəndik.

Xanımın sevdiyi işlə məşğul olmasında problem yoxdur   Elmar Allahverdiyev - direktor müavini    Elmar deyir ki, savadlı xanım həm də savadlı ailə başçısıdır: "Məncə, xanımların çox ağır iş şəraitində işləmələri düzgün deyil. Bu onların səhhətinə, həyat tərzlərinə mənfi təsir edir. Çünki xanımlar nə qədər güclü olsalar da, bir o qədər zərif və incədirlər. Amma yaxşı iş şəraitində niyə də işləməsinlər? Xanımının işləməsi ilk olaraq kişinin özünə lazımdır. Ona görə ki, işləyən xanımlar işləməyənlərə nisbətən daha savadlı, sosial, baxımlı, dünyagörüşlü, intellektual olurlar. Savadlı xanım, həmçinin savadlı ailə başçısı və tərbiyəçidir".   Müsahibimiz bildirir ki, xanımın sevdiyi işlə məşğul olmasında, faydalı sahədə özünü sınamasında heç bir problem yoxdur: "İstənilən peşə sahəsində xanımlar var. Amma daha çox elm, təhsil, səhiyyə sahəsində işləməyə üstünlük verirlər. Amma yenə də bu balans pozulmalı deyil. Məsələn, son dövrlər bir tendensiya hökm sürür. Məktəbdə xanım müəllimlərlə kişi müəllimlər arasında kəskin balans pozulması var. Məncə, bu, mənfi haldır. Bütün məktəb xanımlardan ibarət ola bilməz. Bu, yetişən gənc nəslin tərbiyəsində, dünyagörüşündə öz mənfi izini buraxır. Məsələn, oğlan uşaqları kişi müəllimlərin də tərbiyəsini götürməlidirlər. Unutmamalıyıq ki, uşaqlar müəllimlərini ideal olaraq seçirlər. Yəni, istənilən peşə sahəsində həm qadın, həm də kişi işləyə bilər. Düşünürəm ki, xanım ailəni saxlamaq üçün yox, maaşını özünə sərf etmək üçün qazanmalıdır". 


Xəbərə aid fotolar