Tərtərdə 1 ədəd əlqumbarası aşkar edilb (FOTO)


Digərləri 17 Dek 2017 04:29:00 279 0

Tərtərdə 1 ədəd əlqumbarası aşkar edilb (FOTO)

Tərtərdə 1 ədəd əlqumbarası aşkar edilb

Bakı. Tərtərdə 1 ədəd əlqumbarası aşkar edilb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. Məlumata əsasən, 16 Dekabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Qapanlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.