Tovuzda 4 ədəd top mərmisi tapılıb (FOTO)


Digərləri 17 Dek 2017 03:49:00 224 0

Tovuzda 4 ədəd top mərmisi tapılıb (FOTO)

Tovuzda 4 ədəd top mərmisi tapılıb

Bakı. Tovuzda 4 ədəd top mərmisi tapılıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. Məlumata əsasən, 16 Dekabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd 100 mm-lik top mərmisi (O-415) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.