Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı açıqlanıb


Dünya 17 Dek 2017 01:59:34 275 0

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı açıqlanıb

Dövlət çevrilişinə cəhdlə əlaqədar 47 min 523 nəfər həbs edilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayını açıqlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində 2018-ci ilin büdcəsi ilə bağlı çıxış edən nazir ötən ilin 15 iyulundan 159 min 506 nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib. Onlardan 47 min 523 nəfəri həbs edilib.

Bu il 2 min 140 terrorçunun zərərsizləşdirildiyini bildirən nazir ötən il terror təkilatına 633 nəfərin qoşulduğu halda 2017-ci il həmin rəqəmin 117 olduğunu qeyd edib. Süleyman Soylu vurğulayıb ki, təhlükəsizlik qüvvələri 2500, 3000 metr yüksəkliklərdə antiterror əməliyyatları keçirərək, terrorçuların sığınacaqlarındakı silah-sursatları məhv edib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri 675 hadisənin qarşısını alıb.