Bakı sakini özünü 4cü mərtəbədən atmaq istədi


Digərləri 16 Dek 2017 23:58:00 271 0

Bakı sakini özünü 4cü mərtəbədən atmaq istədi

Bakıda intihara cəhd hadisəsi baş verib.

Son.az FHN-nin saytına istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.