Oğluna görə yad kişinin yanına köçən azərbaycanlı qadın VİDEO


Digərləri 16 Dek 2017 23:25:00 331 0

Oğluna görə yad kişinin yanına köçən azərbaycanlı qadın  VİDEO

Son.az lent.az-a istinadən Eldar Quliyevin 1967-ci ildə çəkdiyi "Biri vardı, biri yoxdi..." qısametrajlı bədii filmi barədə yazını təqdim edir. Əhvalat iki qəhrəman üzərində qurulub. Hadisə Bakı kənarındakı qəsəbələrdən birində baş verir. Yay mövsümü bitib, istirahət düşərgələri boşalıb, adamlar bağlardan şəhərə qayıdıb.   Qəsəbədə təkcə istirahət düşərgəsinin qarovulçusu qoca bir kişi (Sadıq Həsənzadə) yaşayır. O, günlərin birində bu qəsəbəyə təzə köçmüş yaşlı qadın (Sədayə Mustafayeva) ilə tanış olur.   İki tənha adam tədricən yaxınlaşır, qayğılarını bölüşürlər. Qoca çöl işlərində qadına yardım göstərir, qadın onu evinə yeməyə dəvət eləyir.   Vaxt keçir, qadın ona dərdini açır. Məlum olur ki, o şəhərdə uzun müddət oğlu ilə yaşayıb. Ancaq oğlunun soyuqluğundan, etinasızlığından özünü tənha hiss eləyən qadın bu qəsəbəyə köçüb.   Filmin sonunda qadın xəstələnir. Və vəfat edir...   Bu filmin süjetində daha çox dini, inanc motivləri yer alıb. Qoca onların yaşadıqları taleyi, tənhalığı Tanrının qismətinə, münasibətinə bağlayır. O, inanır ki, insan ancaq Tanrının istədiyi, layiq gördüyü həyatı yaşayır. Ona görə qarşılaşdığı ağrını da, əzabı da ilahi qüvvənin payı kimi qəbul eləyir.   Seçilən məkan-kimsəsiz, adamsız çöllü biyaban, adda-budda gözə dəyən sadə daxmalar, qəhrəmanların yoxsul evləri, qumlu yollar, çəkiliş nöqtələri-quş uçuşundan baxış, yarıköndələn rakurslar filmə müqəddəs, dini intonasiya gətirir. Qadının səsinin eşidilməməsi də kinohekayəni (qoca hadisəni kardarxası nəql edir) poetik, nəsə sirli bir ovqatla yükləyir. Ümumiyyətlə, film özünün asketik atmosferi ilə bir az da Rober Bressonun əsərlərini xatırladır.   Təsirli səhnələrdən biri qocanın göldə quş ovlamasıdır. O, xəstələnib yatağa düşmüş qadına yemək hazırlamaq üçün quş ovlamalıdır. Nə qədər cəhd edirsə tüfəng açılmır. Sonda çarəsiz halda üzünü Allaha tutub: "Ey xudavəndi-aləm, məni bu qoca yaşımda xəcil eləmə", - deyə yalvarır və... güllə açılır.   Əhvalatda bir detal özəlliklə diqqətimi çəkir. Hadisəni nəql edən kişi münasibətlərinin bacı-qardaş kimi olmasını xüsusi vurğulayır. Sözsüz ki, bu, həm də müəllifin niyyətidir. Hərçənd, filmin ilk epizodunda tanış olanda kişinin qadını təsvir eləməsi də, sonrakı səhnələrdəki davranışları - baxışmaları da, qadının onu evinə yeməyə dəvət edib yemək yeməsini sevgiylə, şəfqətlə seyri də bacı-qardaş müstəvisindən çıxır, bir-birinə zərif hisslər duyan qadın kişi-münasibəti təəssüratı bağışlayır. Görünür, müəlliflər sadəcə bu niyyətlərinin uyğun təsvir dilini tapa bilməyiblər.   "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilib.   Rejissor müsahibələrindən birində deyir: "Salam Qədirzadənin "Xəzan yarpaqları" adlı hekayəsi vardı. Adını dəyişib "Biri vardı, biri yoxdu..." qoyub qısametrajlı bir film çəkdim. Moskvada diplom işimə yüksək qiymət verdilər. Qayıdandan sonra bi

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid video