Avstraliyada yaşayış evinin eyvanı uçub, ölən və yaralananlar var


Dünya 16 Dek 2017 22:30:39 402 0

Avstraliyada yaşayış evinin eyvanı uçub, ölən və yaralananlar var

Eyvanın uçması nəticəsində 1 qadın ölüb, daha 18 nəfər xəsarət alıb

Avstraliyada yaşayış evinin eyvanı uçub.

"Report" xəbər verir ki, bu barədə "Herald Sun" məlumat yayıb. 

Məlumata görə, hadisə Melburn yaxınlığındakı şəhərdəki fərdi evlərdən birində, şənlik mərasimi zamanı baş verib. Hadisə nəticəsində 1 qadın ölüb, daha 18 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı eyvanda 30 nəfər olub. 

Polis hadisənin başvermə şəraitini araşdırır.