Bitkoinin qiyməti 19 min dolları ötdü


Digərləri 16 Dek 2017 22:23:00 233 0

Bitkoinin qiyməti 19 min dolları ötdü

Dünyanın ən populyar kriptovalytası bitkoinin qiyməti 19 min dolları ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, saat 20:14 (GMT+4) üçün bitkoinin qiyməti 19,06 min dollar təşkil edib.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin ümumi kapitallı 316,5 milyard dollar təşkil edib.

Qeyd edək ki, "CoinMarketCap" portalı bu gün mövcud olan bütün kritovalyutaların ümumi kapitalını və orta qiymətini izləməyə imkan verir. Bitkoinlərin orta qiymətinin təyin edilməsi üçün "CoinMarketCap" 20-dən artıq birjanın məlumatını istifadə edir.