Şəfa qaynağı


Digərləri 16 Dek 2017 22:15:00 309 0

Şəfa qaynağı

Xolesterol, böyrək daşı, yuxusuzluq və ürək bulanması problemi olanların imdadına yonca yarpağından hazırlanan çay çatır.

Son.az deyerler.org-a istinadən bildirir ki, yoncanın beynəlxalq terminologiyadakı adı Ərəbcə mənşəli alfalfadır. Paxlalılar ailəsindəndir; yüksək zülal və mineral tərkibinə görə həm yaş, həm də qurudulmuş heyvan yemi olaraq istifadəsi məşhurdur, ancaq insana da bir çox faydası var. Şiddətli ürək bulanmalarının müalicəsi üçün mükəmməl bir həlldir. Böyrək daşı infeksiyalar kimi narahatlıqlara qarşı da təsirlidir. Toksinləri qaraciyərdən və qastrointestinal (mədə və bağırsaq) yollardan təmizləmək üçün də ideal vasitədir.

QARACİYƏRİ TƏMİZLƏYƏR Zülal, vitamin və minerallar baxımından zəngin bir mənbədir. Ümumi qida dəyərinin yüksək olması enerji çatışmazlığını önləyir; həmçinin ehtiva etdiyi saponinlərin qanı və qaraciyəri təmizləyici xüsusiyyətləri olduğu üzərində dayanılır. Qanazlığı olanlara faydalı olduğu qədər, bir xəstəlikdən sonra fiziki yaxşılaşmağı sürətləndirməyə də köməkçi olur. Xüsusilə ABŞ və Avstraliya mətbəxində salatlarda istifadə edilir.

Çay resepti 4-6 dənə qurudulmuş yoncanın baş qisimini alın və üzərinə dörddəbir litr hələ qaynamış su əlavə edin və 15 dəqiqə dəmləyin. Sonra süzün və bir az soyuduqdan sonra istəsəniz balla için. Gündə 2-3 fincan içilə bilər.