Milyarderlər Bitkoin barəsində nə düşünürlər?


Digərləri 16 Dek 2017 21:55:00 274 0

Milyarderlər Bitkoin barəsində nə düşünürlər?

Bitkoin səhər saatlarında 16 000 dollara ticarət olunurdu. Hətta, bir bazarda 18 000 dollardan artıq ticarət olunurdu.

Bildiyimiz kimi, bitkoini dəyərləndirmək mümkün deyil. Onun daxili dəyəri yoxdur. İndiyə qədər, insanlar bitkoini başqalarına daha yuxarı qiymətə satacağı ehtimalına inanaraq alırlar. Beləliklə, bu insan psixologiyası üzərində bir spekulyasıdır.

Gəlin görək, uğurlu və ağıllı milyarder investorlar bitkoin barəsində nə düşünürlər?

Son.az moneta.az-a istinadən bildirir ki, əfsanəvi aktivist investor olan milyarder Carl İcahn: "Mən bunu başa düşmürəm... Əgər siz belə köpüklərlə bağlı tarix kitablarını oxusanız... bu elə həmin şeydir".

Dünyanın ən yaxşı dəyər investoru milyarder Uorren Baffet: "Bundan uzaq olun. Bunun daxili dəyərinin olması bir zarafatdır. Bu, sadəcə pulun ötürülməsi yoludur".

Dünyanın ən nəhəng qlobal maliyyə mərkəzi banklarından birinin rəhbəri Jamie Daymon: "Bu, real bir şey deyil. Bu, fırıldaqdır".

Dünyanın ən böyük hedc fondlarından birinin təsisçisi olan milyarder Rey Dali: "Bitkoin köpükdür... Spekulyativ insanlar bunu daha yuxarı qiymətə sata biləcəklərini düşünürlər və beləliklə, bu bir köpükdür".

Milyarder investor Leon Cooperman: "Mən bitkoinə pul qoymamışam. Bitkoində eyforiya var".

Milyarder Mark Lasry: "Mən bitkoinin qiyməti 300 dollar olanda almalıydım. Mən bunu başa düşmürəm. İştirak etmək məntiqli olardı, lakin mən bunun niyə məntiqli olması ilə bağlı hər hansı bir analiz verə bilmərəm. Mən bunun kütləvi şəkildə yayılmasına görə düşünürəm ki, bu realdır".