Tibb işçisi 23 qadını zorladı


Digərləri 16 Dek 2017 21:35:00 285 0

Tibb işçisi 23 qadını zorladı

Almaniyada tibb işçisi 7 il ərzində çalışdığı klinikada xəstələri zorlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, 41 yaşlı Sven E. cinayətləri 2009-2016-cı illərdə törədib.

Məlumata görə, o, xəstələri tədqiqat məqsədilə sakitləşdirici dərman atmalı olduqlarına inandırıb. Sakitləşdirici qəbul edən pasiyentlər isə cinsi istismara məruz qalıb.

Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra tibb işçisi həbs olunub. O, çıxarıldığı məhkəmədə cinayətlərini etiraf edib. Sven E. 10 il müddətinə azadlıqdan məhrum edilib.