Möminlər öləndən sonra görüşəcəklərmi?


Digərləri 16 Dek 2017 21:10:00 248 0

Möminlər öləndən sonra görüşəcəklərmi?

Bir nəfər İmam Sadiqə (ə) deyir: "Mənim qardaşım Bağdaddadır. Nigaranam ki, elə orada da vəfat etsin".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Sadiq (ə) buyurur: "Qorxu yoxdur. Hər yerdə ki, ölsə - dünyanın şərqində və qərbində - elə bir mömin qalmaz ki, Allah onun ruhunu Vadius-səlamda başqa möminlərin ruhları ilə birlikdə qərar verər".

Həmin şəxs soruşur: "Vadius-səlam haradadır?". Həzrət (ə) buyurur: "Kufənin arxasında. Sanki ruhların toplaşmasını görürəm ki, halqa-halqa əyləşiblər və bir-biri ilə söhbət edirlər".

Əmirəl-mömininə (ə) sual verirlər ki, ölülər bir-biri ilə ünsiyyət qururlarmı? Həzrət (ə) buyurur: "Bəli, əgər gözünün önündəki pərdə götürlsə, onları görərsən ki, halqa-halqa əyləşiblər və öz əmmamələri və ya başqa bir şeylə ayaqlarını bir-birinə bağlayıb, bu cür əyləşib və söhbət edirlər. Dünyada elə bir mömin yoxdur ki, dünyadan getsin, məgər o halda ki, onun ruhuna deyilər Vadius-səlama qoşulsun. Vadius-səlam - Ədn behiştinin türbəsidir".