Usta səhvi sürücünü bəlaya salıb 1500 manat


Digərləri 16 Dek 2017 20:37:00 303 0

Usta səhvi sürücünü bəlaya salıb  1500 manat

Cahangir Xələfov avtomobilinə 1500 manatdan çox xərc çəksə də, onu idarə edə bilmir.

Buna səbəb qısa zaman ərzində bir neçə dəfə təmir olunan mühərrikin yenidən xarab olmasıdır. Son.az xezerxeber.az-a istinadən bildirir ki, Cahangir Xələfovun avtomobilinin yenidən 300 manatdan çox xərci var. Avtomobili təmir edən usta isə təmir zamanı yalnışlığa yol vermədiyini, mühərrikin hansı səbəbdən xarab olduğunu bilmədiyini deyir. Çəkilən xərci geri qaytarmayan usta avtomobili bir daha təmir edə biləcəyini bildirir. Sürücü isə avtomobilini yenidən həmin ustaya əmanət etmək istəmir. Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, hər bir usta gördüyü işə zəmanət verməlidir. Amma sürücü də orijinal ehtiyat hissələri almalıdır ki, sonradan hər hansı nasazlıq baş verməsin. Sahil Ağabəyli bildirir ki, bəzi hallarda sürücülər ucuz və keyfiyyətsiz ehtiyat hissələrini aldığından bu kimi xoşagəlməz hallar yaşanır. Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, ustalara ödəniş edilən zaman hər hansı sənədləşmə aparılmadığından sonradan həmin pulu geri almaq çox çətin olur. Amma hər bir halda sürücü məhkəməyə müraciət edib, ödəniş olunduğunu sübut edə və pulunu geri ala bilər. Hətta bu zaman mənəvi təzminat da almaq mümkündür.


Xəbərə aid video