Köçkünlər üçün salınan qəsəbədə dayanacaq yoxdur VİDEO


Digərləri 16 Dek 2017 20:38:00 269 0

Köçkünlər üçün salınan qəsəbədə dayanacaq yoxdur  VİDEO

Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınan qəsəbənin ətrafında dayanacaqlar quraşdırılmayıb. Bu da həm sürücülərə, həm də sərnişinlərə çətinlik yaradır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sərnişinlər avtobus gözləyən zaman yayda ağacların altında dayanıb, günəşdən qorunur, yağmurlu havada isə üstü örtülü məkan olmadığından islanmalı olurlar. Sakinlər bildirir ki, şəhərdə dayanacaqlararası məsafə çoxdur. Bu da rahat gediş-gəlişə əngəl olur. Bəzi sürücülər dayanacaq olmadığından sərnişinlərin istədikləri məkanda saxlaya bilmirlər. Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirildi ki, dayanacaqlar yeniləri ilə əvəzlənməsi üçün götürülüb. Gələn ilin əvvələrində burada yeniləri quraşdırılacaq.


Xəbərə aid video