Allergik körpələrə meyvətərəvəzi necə verməli...


Digərləri 16 Dek 2017 19:50:00 275 0

Allergik körpələrə meyvətərəvəzi necə verməli...

Pediatrlar yeni doğulmuş körpələrin ilk 6 ay ərzində yanlız ana südü  ilə qidalanmalarını tövsiyə edirlər. 6 aydan sonra isə əlavə qidalara keçmək mümkündür. Ancaq allergiyalı uşaqların qidalanması daha fərqli olmalıdır. Çünki belə azyaşlıya hər qidanı vermək olmaz. Bu müxtəlif fəsadlar hətta ölümə belə gətirib çıxarda bilər. Anaların bəziləri isə bu rejimdən məlumatsızdırlar. Bu səbəbdən də bəzən gərəkli olmayan meyvə və ya qidanı düzgün zamanda verməyərək uşağının vəziyyətinin pisləşməsinə səbəb yarada bilir.

Son.az musavat.com-a istinadən bildirir ki, pediatr Gülnar Qasımova, 6 aydan sonra əlavə qidaya keçildiyi zaman diqqət edilməsi vacib olan məqamlardan danışıb:

"Öncə bunu qeyd edim ki, bəzən ayda 500 qr-dan az kilo artıran uşaqlarda ən tez 4 aydan sonra əlavə qidaya keçilə bilər.

1. Körpəyə ilk əlavə qidanı ən az 3 gün tək olaraq verməliyik. Əgər bu qidaya qarşı allergik reaksiyası olduğu ortaya çıxarsa, onda körpənin menyusundan çıxarılır. Onu da qeyd edim ki, hər hansı qidaya qarşı olan allergiya müəyyən zaman müddətindən sonra aradan qalxa bilir.

2. Körpəyə veriləcək ilk meyvə və tərəvəz mütləq mövsümə uyğun olmalıdır.

3. İlk olaraq verilməsi məsləhət görülən tərəvəz, kartof, yerkökü və qabaqdır. Sonra isə brokkoli, gül kələmi, boranı və s. qidalardır.

4. İlk olaraq verə biləcəyimiz meyvələrdən öncə alma və armud verilməsi məsləhətdir. Sonralar bu menyuya banan da daxil ola bilər".

Həkim 1 yaşadək körpələrə verilməsi məsləhət olmayan qidalardan da bəhs edib:

"1-ci badımcan: tərkibində nikotin olduğuna görə, 1 yaşadək uşaqların menyusuna daxil etmək məsləhət deyil.

2-ci paxla (lobya): nadir xəstəlik sayılan "qlükoza 6 fosfat dehidrogenaz əksikliyi" olan uşaqlarda sarılığı gücləndirdiyi üçün 1 yaşadək verilməsi məsləhət görülmür.

3-cü çiyələk: pomidor, subtropik meyvələr (naringi, yəni hamının tanıdığı mandarin, kivi, portağal, feyxoa və s.) allergik olduğu üçün 1 yaşadək verilməməlidir. Çünki portağalın və mandarinin suyu asitli olduğu üçün refluyu artıra bilir.

4-cü inək südü, bal, fındıq və yumurtanın ağı 1 yaşdan əvvəl verilməsi qəti şəkildə məsləhət görülmür".

Bəs məsləhət bilinməyən qidalardan istifadə etdiyimiz zaman hansı narahatlıqlarla qarşılaşa bilərik?

Bu allergik reaksiyalari ilk olaraq ana necə hiss edə bilər?