Rusiya sualtı rabitə və İnternet xətlərinə yeni təhlükədirmi?


Digərləri 16 Dek 2017 19:02:00 265 0

Rusiya sualtı rabitə və İnternet xətlərinə yeni təhlükədirmi?

Böyük Britaniyanın ən yüksək rütbəli hərbi zabiti dənizin dibi ilə gedən rabitə və internet kabellərinə Rusiya tərəfdən yeni təhlükə ola biləcəyi barədə xəbərdarlıq edib.

Hərbi Hava Qüvvələri üzrə müdafiə qərargahının rəisi, lord Stuart Peach bildirib ki, Britaniya və NATO kommunikasiya xətlərinin qorunmasını prioritetləşdirməlidir.

O bildirib ki, əgər xətlər kəsilsə və zədələnsə, bu, iqtisadiyyata "dərhal və fəlakətli şəkildə" təsir edəcək.

Dənizin dibi ilə çarpaz gedən kabellər ölkələri və qitələri birləşdirir.

Policy Exchange beyin mərkəzinin son hesabatına görə, dünyanın sualtı şəbəkəsini təqribən 213 müstəqil kabel sistemləri və 877,121 km-lik fiberoptik xətlər təşkil edir,

Rəsmi bildirib ki, bu xətlər hər hansı bir dövlətə aid olmadığı üçün beynəlxalq hüquqda onların güclü mühafizəsi nəzərdə tutulmayıb.

Hərçənd ki, qlobal rabitənin 97% -i və gündəlik maliyyə köçürülmələrinin 10 trilyon dolları okeanların altındakı kabellər vasitəsilə ötürülür.

O bildirib ki, NATO "Rusiyanın hərbi dəniz qüvvələrini, həm nüvə, həm də adi sualtı qayıq və gəmilərini modernləşdirməsi ilə bağlı təhlükəyə cavab" olaraq kabellərin qorunmasını prioritet elan etməlidir.

Təhlil

Jonathan Beale, BBC-nin müdafiə müxbiri

Rusiyanın sualtı kommunikasiya xətlərini kəsməsi, zədələməsi və ya "oğurlaması"na dair narahatlıqlar artmaqdadır.

Müdafiə və kəşfiyyat rəisləri Rusiyanın nəinki sualtı fəaliyyətini artırmasından, eləcə də onun qeyri-ənənəvi asimmetrik müharibəyə hazır olduğundan ehtiyat edirlər.