İraq: terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub


Dünya 16 Dek 2017 19:04:00 263 0

İraq: terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

İraq, kütləvi edam yolu ilə terrorçuluqda ittiham olunmuş 38 çihadçı silahlını asdığını bildirib.

Ədliyyə Nazirliyi edam olunanların hamısının, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın üzvü olduqlarını qeyd edib.

Son.az BBC-yə istinadən bildirir ki, edam ölkənin cənubunda yerləşən Nəsiriyyə şəhərindəki məhbəsdə icra olunub.

Beynəlxalq hüquq müdafiəsi qrupları İraqı, ölüm hökmündən istifadəsini və terrorçuluğa görə ittihamların irəli sürülməsi tərzini tənqid edir.

Bundan əvvəl, sentyabrın 25-də İraqda kütləvi sürətdə 42 silahlı edam olunmuşdu.

Amnesty International bəyan edib ki, son edam İraqın İD üzərində qələbə çalmasını elan etməsindən sonra bayram əhval-ruhiyyəsini kölgələyib.

"İD qurbanlarına ədalət göstərilməli idi, daha tələm-tələsik və qüsurlu mühakimənin ardınca kütləvi edam yox", - Amnesty International təşkilatının Yaxın Şərq şöbəsinin direktoru Lynn Maalouf bildirib.

Human Rights Watch təşkilatı isə bu yaxınlarda İraq Ədliyyə sistemini İD rejimi şəraitində insanların həyatını xilas etməyə çalışan həkimlərlə "insanlıq əleyhinə cinayət edənlər" arasında "fərq qoymamaqda" ittiham edib.