Çingiz Xanın portretini tapdalayan şəxsə 1 il həbs cəzası


Digərləri 16 Dek 2017 19:06:00 266 0

Çingiz Xanın portretini tapdalayan şəxsə 1 il həbs cəzası

Çin sakini Monqol hökmdarı Çingiz Xanın portretini bilərəkdən tapdaladığına görə millətlərarası düşmənçiliyi qızışdırmaqda təqsirli bilinib və ona məhkəmənin qərarı ilə 1 il həbs cəzası kəsilib.

Çinin Daxili Monqolustan vilayətinin məhkəməsi bildirib ki, Luo soyadlı vətəndaş may ayında Çingiz Xanın portretini tapdalayıb və öz hərəkətlərini lentə alıb.

Son.az BBC-yə istinadən bildirir ki, 19 yaşlı məhkum çəkdiyi videonu eləcə də internetdə paylaşıb, nəticədə, həmin video ictimaiyyətin etirazına səbəb olub.

Çingiz Xan etnik monqolların böyük ehtiramla xatırladıqları tarixi bir şəxsiyyətdir.

Xinhua dövlət agentliyinin məlumatına əsasən, Luo millətlərarası düşmənçiliyin qızışdırılması və milli mənsubiyyətə görə diskriminasiya hərəkətində təqsirli bilinib.

Məhkəmənin iclası Daxili Monqolustan muxtar vilayətinin Ordos şəhərində keçirilib.