Karlo Ançelotti Premyer Liqa klubuna qayıda bilər


İdman 16 Dek 2017 18:17:00 279 0

Karlo Ançelotti Premyer Liqa klubuna qayıda bilər

Karlo Ançelotti yenidən İngiltərənin "Chelsea" futbol komandasına rəhbərlik edə bilər. Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.

Ançelotti sentyabrın 28-də "Bayern Munich"in baş məşqçi postundan istefaya göndərilib. O, "Chelsea"də 2009 - 2011-ci illərdə çalışıb. Ançelotti ilk mövsümündə "qızıl dubl" etsə də, növbəti mövsüm nəticə verə bilmədiyi üçün vəzifəsindən ayrılıb.