Kimin əli kimin cibində, kimin gözü kimin pulunda?! SORĞU


Digərləri 16 Dek 2017 17:30:00 325 0

Kimin əli kimin cibində, kimin gözü kimin pulunda?!  SORĞU

"Pul əl çirkidir" deyirlər. Amma "çirk"siz də yaşamaq imkansızdır. Hər kəs bir yolla yaşayışı üçün pul qazanır, qazanc əldə edir. Bəs əli "çirk"ə çatmayanlar və ya "ayı-aya calayanlar" son bir ay müddətində borc alıbmı?

"ACT Azərbaycan" bunu müəyyənləşdirmək üçün Bakı sakinləri arasında sorğu keçirib.

Son.az sorğunun nəticələrini təqdim edir.

Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə biri (24 %) yaxın dost-tanışından borc aldığını bildirib. Borc alanlar, əsasən, kişilər olub (27 %). Zərif cinsin nümayəndələrinin beşdə biri də (21 %) son bir ayda borc almadan keçinə bilməyib.