Rusiyada azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürdü


Kriminal 16 Dek 2017 15:50:00 235 0

Rusiyada azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürdü

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

Son.az-ın APA-ya istinadən Sank-Peterburqun yerli mətbuat orqanına istinadən verdiyi xəbərə görə, hadisə 14 dekabr tarixində baş verib.

Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.