Pirlo Peru klubundan təklif alıb


İdman 16 Dek 2017 15:15:00 277 0

Pirlo Peru klubundan təklif alıb

İtaliya yığmasının sabiq üzvü Andrea Pirlo futbolçu karyerasını 1 oyunluq bərpa edə bilər.  Goal.az xəbər verir ki, o, yeni təklif alıb. Pirlonun xidmətində “Universitario” klubu maraqlıdır. Peru təmsilçisi əfsanəvi futbolçu ilə 1 oyunluq müqavilə bağlamaq istəyir. Bunun yeni formanın təqdimatı üçün vacib olduğu bildirilir. Pirlo ilə razılıq hələ ki, əldə olunmayıb. Son klubu “New York City” olan Andrea Pirlo daha çox “Milan” və “Juventus”dakı çıxışı ilə yadda qalıb.