Ananın törətdiyi qəzada özü öldü,


Digərləri 16 Dek 2017 14:00:00 233 0

Ananın törətdiyi qəzada özü öldü,

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 15-də baş verib. Rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi "BMW" markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə N. Babayeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.