Avtovağzalda qızıl satanı özünü şübhəli aparması ələ verdi


Kriminal 16 Dek 2017 13:36:22 342 0

Avtovağzalda qızıl satanı özünü şübhəli aparması ələ verdi

Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik Rayon Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları -  boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.