"Ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər"


Digərləri 16 Dek 2017 12:58:00 281 0

"Ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər"

Ordu mövzusu ilə gündəmdə qalmaq?! Çox təəssüf ki, vaxtaşırı bu metodla gündəmdə qalmaq istəyənlər tapılır. Ya ordu ilə bağlı bir fərziyyə irəli sürürlər, ya da ordu barədə danışmaq haqlarının olduğunu iddia edirlər. Ancaq ordunun qapalı müəssisə olduğunu, öz spesifik qanunları ilə yaşadığını unudurlar. Ya da unutmasalar da, xüsusi olaraq o barədə dəqiqləşdirməmiş fikir irəli sürərək gündəmin qəhrəmanına çevrilməyə çalışırlar.

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.