Unikal əməliyyat: burnundan güllə çıxarıldı FOTO


Digərləri 16 Dek 2017 12:20:00 251 0

Unikal əməliyyat: burnundan güllə çıxarıldı  FOTO

Qoraxpur şəhərinin sakini Tanver Əhməd Ənsari silahlı quldurların hücumuna məruz qalmışdı. Onu qarət edənlər Tanverin üzünə atəş açmışdılar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın Mumbay şəhərində yaşanıb.

Tanverin sol gözü faktiki olaraq görmə qabiliyyətini itirmişdi. O, şəhərdəki müxtəlif klinikalara üz tutsa da, həkimlər müalicənin mümkünsüz olduğunu demişdilər.

Çox ağır vəziyyətdə "Jamshedjee Jeejeebhoy Hospital"a aparılan 23 yaşlı Tanver təcili müayinədən sonra dərhal əməliyyata məruz qalıb. Cərrahlar unikal əməliyyat keçirərək Tanverin burnuna girmiş 3 santimetr uzunluğundakı gülləni bir kəsik olmadan çıxarıblar.


Xəbərə aid fotolar