Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb - YENİLƏNİB


Sosial 16 Dek 2017 12:10:00 261 0

Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb - YENİLƏNİB

Hadisə Maştağada baş verib

 Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda rəsmi məlumat yayıb. 

"Report"un xəbərinə görə, nazirlikdən bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

*** 05:22

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1979-cu il təvəllüdlü Hüseynova Cəmalə Ağaməmməd qızı Maştağa qəsəbəsinin Müşəlan yaşayış massivində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.