"Gremio"nun baş məşqçisi: "Futbolçu kimi Ronaldodan daha yaxşı idim"


İdman 16 Dek 2017 11:50:00 318 0

"Gremio"nun baş məşqçisi: "Futbolçu kimi Ronaldodan daha yaxşı idim"

1982-99-cu illərdə peşəkar futbolçu olan "Gremio"nun baş məşqçisi Renato Qauço özünü Ronaldo ilə müqayisə edib. Goal.az xəbər verir ki, braziliyalı mütəxəsis daha universal olduğunu qeyd edib.

"Müasir nəsil Ronaldonu izləyir. Onlar mənim oyunumu görməyib. Biraz yaşlı nəsildən mənim haqqımda soruşun. Mənə maraqıdır, Ronaldo mənim forma geyindiyim komandalarda və şərtlər altında oynasaydı, necə çempion olardı. Bəzən 3-4 ay məvacib almırdıq. İndiki "Real"da, yaxşı meydanlarda və usta futbolçularla yanaşı oynamaq istərdim. Ronaldo fiziki hazırlıq üzərində ciddi çalışır. Lakin xüsusi texnikaya malik deyil. Sol cinaha keçən kimi heçnə edə bilmir" - Qauço deyib.

Onun sözlərini həmyerlisi Luiz Felipe Skolari də təsdiqləyib.

"Renato futbolçu kimi Ronaldodan daha yaxşı idi. Amma Kriştianu ondan çox fərqlənir. "Gremio"nun çıxışı Qauçonun zəhmətinin bəhrəsidir. O, güclü tərəfləri və oyun tərzi sayəsində uğurlara nail olub" - braziliyalı mütəxəsis qeyd edib.