Ramos İspaniya millisinə mundial qadağası barədə: "Ehtiyatlı olmalıyıq"


İdman 16 Dek 2017 10:50:00 265 0

Ramos İspaniya millisinə mundial qadağası barədə: "Ehtiyatlı olmalıyıq"

"Real"ın kapitanı Serxio Ramos FİFA-nın İspaniya Futbol Federasiyasına göndərdiyi xəbərdarlıq məktubu və Klublararası dünya çempionatının finalı barədə fikir bildirib. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi bunları deyib:

"İspaniyanın olmadığı dünya çempionatı? İnanmaq çətindir. Ehtiyatlı olmalıyıq. Qarşıda növbəti titul var. Klublararası dünya çempionatınnı qalibi olmaq imkanı qazanmışıq. Evə titulla dönmək istəyirik".

Qeyd edək ki, FİFA İspaniya hakimiyyətinin yerli federasiyaya prezident seçkilərinə müdaxil edəcəyi halda "qırmızı furya"nın 2018 mundialında iştirakına qadağa qoyulacağını bildirib.