Microsoft 19 boşluğu aradan qaldırdı


Digərləri 16 Dek 2017 08:41:00 229 0

Microsoft 19 boşluğu aradan qaldırdı

"Microsoft" şirkəti ümumilikdə 34 boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsi çıxarıb.

Son.az ICTnews-a istinadən bildirir ki, bir çox hallarda problemlər brauzer mühərrikləri ilə bağlıdır və hakerlər boşluğa malik qurğularda məsafədən istənilən kodu yerinə yetirə bilərlər. Onlar hücumun uğurla nəticələnməsi üçün qurbanı zərərverici reklam elanları yayan xüsusi yaradılmış veb-sayta və ya resursa cəlb etməlidirlər.

Aradan qaldırılmış boşluqların siyahısı, həmçinin "Office", "Exchange"də problemlər, "SharePoint"də imtiyazların yüksəlməsi və "Excel"də kodun məsafədən yerinə yetirilməsi kimi boşluqları özünə daxil edir.

"Microsoft" nümayəndələrinin sözlərinə görə, cari ayda aradan qaldırılmış boşluqlardan heç biri hakerlər tərəfindən tətbiq edilməyib.